RU
Avropa çempionatı: Azərbaycanın basketbol millisi Ermənistana qalib gəlib
21:10
88

Avropa çempionatı: Azərbaycanın basketbol millisi Ermənistana qalib gəlib

18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.

C divizionunda yer alan yığma B qrupundakı üçüncü matçında Ermənistanla üz-üzə gəlib. "Domus Arena"kı qarşılaşma Azərbaycanın 76:65 hesalı qələbəsi ilə başa çatıb.

Yığma qrupdakı dördüncü oyununu iyulun 28-də Moldovaya qarşı keçirəcək.

Qeyd edək ki, yığma qrupdakı ilk oyununda "Lüksemburq"a 75:71, ikinci görüşündə isə Cəbəllütariqə 115:60 hesabı ilə qalib gəlib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ