RU
Avropa gürcülərə `yaşıl işıq` yandırdı
09:42
439

Avropa gürcülərə `yaşıl işıq` yandırdı

Avropa İttifaqı Şurası və Avropa Parlamenti Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvinə dair siyasi razılaşmaya nail olub. Bundan sonra qərar formal olaraq, Aİ Şurası tərəfindən təsdiqlənməlidir.

7news.Az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Slovakiyanın sədrlik etdiyi Aİ Şurasının rəhbərliyindən bildirilib. 

"Gürcüstan sakinləri üçün yaxşı xəbərlər var. Aİ Şurası və Avropa Parlamenti arasında Gürcüstan üçün viza rejiminin liberallaşdırılmasına dair razılıq əldə olunub. Növbəti addım Aİ Şurasında atılacaq”, - deyə bildirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ