RU
Avropa İttifaqı Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir
11:42
1234

Avropa İttifaqı Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir

“Layihə 2016-cı ilin yanvarından başlayıb, 3 il ərzində icra olunacaq”.

“Avropa İttifaqı Azərbaycanla əməkdaşlığımız üçün vacib olan sahələrin inkişafı baxımından "Şərq Tərəfdaşlığı" siyasəti  çərçivəsində əməkdaşlığı davam etdirmək istəyir”. 

Bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard “Azərbaycan Mobillik naminə Tərəfdaşlıq” konfransında çıxışı zamanı deyib. 

O bildirib ki, bu il Aİ-Azərbaycan əməkdaşlığının 25 illiyi qeyd olunur.

“Bu əməkdaşlığın  gələcəyi var. Əməkdaşlığımız bir çox sahədə dərinləşmək və genişlənməkdədir. Bu sahələrdən biri insanlararası əlaqələrdir”,-deyə M.Mard qeyd edib.

O, mobillik naminə əməkdaşlıq layihəsinin əməkdaşlığın inkişafı baxımından vacib layihə olduğunu deyib.

“Layihə 2016-cı ilin yanvarından başlayıb, 3 il ərzində icra olunacaq”,-deyə M.Mard vurğulayıb./apa

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ