RU
Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır
14:10
411

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır

Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Valter Stivensin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanda səfərdədir.

Nümayəndə heyəti həm XİN rəhbəri Edvard Nalbandyan, həm də Ermənistan prezidenti Serj Sərkisyanla görüş keçirib.
Görüş vaxtı Edvard Nalbandyan Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin ancaq sülh yolu ilə həll edilməsi səyləri barədə məlumat verib. Bundan başqa avropalı diplomatlara Azərbaycan-Ermənistan prezidentlərinin görüşünə hazırlıq barədə də məlumat verilib.
 
Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Valter Stivens Sərkisyanla görüşdə Dağlıq Qarabağ münaqişəsinə də toxunub.
 
Avropalı diplomat bildirib ki, Avropa İttifaqı ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair səylərini  dəstəkləyir./olke.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ