Bu gün Azərbaycan prezidentinin köməkçisi – Prezident Administrasiyası xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevlə Avropa ittifaqının genişlənmə və qonşuluq siyasəti komuisarı Oliver Varhelyi arasında Aİ – Azərbaycan tərəfdaşlığına dair müzakirələr aparılıb.
7NEWS.Az xəbər verir ki, bu barədə avropalı diplomat "Twitter” hesabından məlumat paylaşıb:
"Bu gün Bakıda Hikmət Hacıyevlə xoş görüşümüz oldu. Cənub Aqaz Dəhlizinin məşvərət şurasının iclası ərəfəsində Aİ – Azərbaycan enerji tərəfdaşlığı və enerji təhlükəsizliyinin əhəmiyyətilə bağlı söhbət etdik, İqtisadiyyat və Sərmayə Planı çərçivəsində tərəfdaşlığımızı daha da gücləndirməyi müzakirə etdik, Aİ-nin Cənubi Qafqaza dəstəyilə bağlı məsələlərə toxunduq”.
7NEWS.Az







