"Avropa İttifaqı kritik vəziyyətdədir və özünün inkişaf etmək imkanlarını nümayiş etdirməlidir".
7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel qurumun sammitində çıxışında deyib:
"Biz kritik vəziyyətdəyik. Təhlükəsizlik, terrorizmlə mübarizə, müdafiə sahəsində əməkdaşlıq, iqtisadi artım və əmək bazarı məsələlərində yaxşı ola biləcəyimizi fəaliyyətimizlə göstərməliyik”.
Kansler 2017-ci ilin martına kimi Avropa İttifaqının inkişafa nail olacağına ümid etdiyini bildirib.








