RU
22:15
858

"Avropa İttifaqı Türkiyə ilə qaçqınlara dair sazişi dondurmalıdır"

İtaliya Təmsilçilər Məclisi sədri Laura Boldrini Türkiyədə baş verən hadisələrdən sonra bu ölkədə sazişdən irəli gələn hüquqi və siyasi şəraitin mövcud olmadığını əsas gətirərək bu ölkənin təhlükəsiz ölkə olmadığını iddia edib.

O, Avropa İttifaqından Türkiyə ilə qaçqınlara dair sazişi pozmağı tələb edib.

Boldrini qaçqınlara nəzarətin birbaşa Avropa İttifaqına verilməli olduğunu vurğulayaraq, bunu etməzsə Aİ-nin öz nüfuzunu gözdən salacağını bildirib.

O, eyni zamanda Türkiyədə hərbi çevriliş cəhdini qınadığını dilə gətirib./olke.az

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ