7NEWS.az xəbər verir ki, İyunun 6-9-da 27 Avropa İttifaqına üzv ölkədə keçirilən seçkilərdən sonra bu gündən AP-də yeni qanunvericilik dövrü rəsmən başlayır. Avropa İttifaqının bayrağı AP-nin hazırkı prezidenti Roberta Metsolanın rəhbərliyi ilə keçiriləcək mərasimdə Strasburqdakı AP binası üzərində qaldırılacaq. Daha sonra 2019-2024-cü il millət vəkilləri Baş Assambleya zalında sonuncu dəfə bir araya gələrək xidmət medallarını Metsoladan alacaqlar.
7NEWS.az








