Avropa İttifaqı Şurası Ukrayna silahlı qüvvələri üçün yardımının 500 milyon avro həcmindəki üçüncü tranşını təsdiqləyib.
Avropa Sülh Təsisi (EPF) çərçivəsində görülən həmin tədbirlər Ukrayna ordusuna fərdi qoruma vasitələri, ilkin yardım ləvazimatı, yanacaq, habelə hərbi ləvazimat təchizatını dəstəkləmək üçün nəzərdə tutulub. Həmin tədbirlər 24 ay müddətinə hesablanıb.
Əvvəlki tranşlar 28 fevral və 23 mart tarixində qəbul olunmuşdu./report
7NEWS.Az








