Avropa İttifaqı və Avropa Parlamentinə üzv ölkələrin nümayəndələri Aİ-də rouminqin ləğv edilməsinə dair saziş imzalayıblar.
Avropa Parlamentinin deputatı Mixail Boninin sözlərinə görə, saziş Avropa İttifaqı ölkələrinin telefon şəbəkəsi operatorlarının maksimal topdan qiymətlərinin müəyyən edilməsini nəzərdə tutur.
Bu barədə Polşa radiosu məlumat yayıb.
"Bu ilin iyun ayından xarici ölkəyə səfər zamanı rouminq ölkədə olduğu kimi olmalıdır. Sözsüz ki, operatorların nöqteyi-nəzərində əsas məqam maksimal qiymətlərdir”, - qurumun rəsmisi bildirib.
Danışıqların əsas problemli bəndi məlumatın ötürülməsi, yəni internetin istifadəsi üçün qiymətin təyin edilməsidir. Yekun qərara müvafiq olaraq, internetin qiyməti 5 il müddətində mütəmadi olaraq ucuzlaşacaq. 2017-ci ilin iyun ayından etibarən Aİ-də rouminq tamamən ləğv ediləndən sonra, zənglərə və SMS-lərə topdan qiymət öz növbəsində dəyişməyəcək.
Yeni qiymətlərə müvafiq olaraq, iyun ayının 15-dən telefon danışığı üçün qiymət bir dəqiqə üçün 0,05 avrodan 0,032 avroya qədər ucuzlaşacaq. SMS-lərin qiyməti isə 0,02 avrodan 0,01 avroya qədər ucuzlaşacaq.
İnternetə olan qiymətlər tədricən ucuzlaşacaq. İyunun 15-dən giqabaytın qiyməti 7,7 avro, 2018-ci ilin yanvar ayından 6 avro olacaq və daha sonra hər il 0,5 avro ucuzlaşmağa davam edəcək. 2022-ci ilin əvvəlində bir giqabaytın qiyməti 2,5 avrodan ibarət olacaq. /oxu.az
7news.Az








