RU
Avropa İttifaqından Azərbaycana başsağlığı
15:55
371

Avropa İttifaqından Azərbaycana başsağlığı

Avropa İttifaqının (Aİ) Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini dekabrın 4-ü `Günəşli` yatağında baş verən qəza ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

Məktubda Mogerini, ciddi xəsarətlər və həyat itkisi ilə nəticələnən hadisədən dəhşətə gəldiyini ifadə edib.

Vitse-prezidenti Aİ adından faciə qurbanlarının ailələrinə və dostlarına başsağlığı verib, itkin düşmüş şəxslərin taleyi ilə bağlı narahatlığını ifadə edib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ