"Azərbaycan Prezidenti İlham Əliyevlə enerji və Avropa İttifaqı-Azərbaycan münasibətlərinin vəziyyətinı müzakirə etdik”.
Bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tviterdə yazıb.
"İqtisadi əlaqələrimizi gücləndirək, insanları bir-birinə daha da yaxınlaşdıraq. Əlaqəlilik burada həlledici olacaq. Aİ Azərbaycanla işləmək, Mərkəzi Asiya və onun hüdudlarından kənarda əlaqələr qurmaq istəyir”, - o qeyd edib.








