Müraciət müsbət qarşılanıb.
Avropa Komissiyası TANAP üçün 3,5 milyon avroya qədər qrant ayıracaq.
7news.Az bu barədə “Bloomberg”ə istinadən xəbər verir.
TANAP-dan edilən yazılı açıqlamaya görə, şirkətin Avropa Komissiyasına etdiyi müraciət müsbət qarşılanıb. TANAP-ın Komissiyada dəstəklənməsi üçün uyğun görülən fəaliyyətləri bunlardır: ətraf mühitin monitorinqi - 2 milyon avro, TANAP SCADA sistemi, Çanaqqala boğazı və Meriç çayının keçidlərinin mühəndisliyi - 2,5 milyon avro, boru xətti təhlükəsizlik sisteminin mühəndisliyi - 2,2 milyon avro.
TANAP 10-11 milyard dollar dəyərində qiymətləndirilir.
Layihədə payçılar arasında səhmlər belə müəyyənləşdirilib – “Cənub Qaz Dəhlizi” şirkəti - 58%, BOTAŞ - 30%, BP - 12%.
Xatırladaq ki, TANAP-a ilk qaz axını 2018-ci ildə baş tutacaq. TANAP-ın başlanğıcda nəqletmə qabiliyyəti ilkin mərhələdə 16 milyard kubmetr olacaq, sonrakı mərhələlərdə isə bu rəqəm 24 milyard kubmetrdən 31 milyard kubmetrədək artırılacaq.
7news.Az








