Avropa Komissiyası Ukraynadan olan qaçqınlara kömək edən ittifaq ölkələrinə 3,4 milyard avro ayırmağı təklif edib.
7NEWS.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki, maliyyə vəsaiti "REACT-EU" proqramının bir hissəsi kimi göndəriləcək.
Vəsaitlər mənzil, təhsil, səhiyyə, məşğulluq və uşaqların sosial müdafiəsi üçün istifadə olunacaq.
"Rusiyanın hərbi müdaxiləsi nətiucəsində 3 milyondan çox ukraynalı öz ölkəsini tərk etməyə məcbur olub və bu rəqəm hər gün artır. Üzv dövlətlər həmrəylik nümayiş etdirərək onları zəruri ərzaq və tibbi məhsullarla təmin etməlidir", - məlumatda deyilir.
7NEWS.Az







