RU
Avropa Liqası:
22:03
1429

Avropa Liqası: "Qarabağ" "Ayaks"a uduzur (YENİLƏNİB)

Bu gün Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində 3-cü tur oyununa çıxacaq.

Qaynarinfo xəbər verir ki, Ağdam təmsilçisi evdə Niderland "Ayaks"ı ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq. Oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Bu, hər iki komandanın bir-birinə qarşı tarixdə ilk matçı olacaq. Lakin buna qədər Ağdam klubu iki dəfə Avropa Liqasının təsnifatının pley-off mərhələsində Niderlandın "Tvente" klubu ilə qarşılaşıb. Bir dəfə (2009-cu il) mərhələ adlayan hollandlar, bir dəfə isə "Qarabağ" (2014-cü il) olub. Bununla belə, bu matçlarda Qurban Qurbanovun komandasının qələbəsi olmayıb. Oyunlarda 3-ü heç-heç bitib, 1-də isə "Tvente" qələbə qazanıb.

"Qarabağ" hazırda Liqa mərhələsinin turnir cədvəlində 0 xalla 34-cüdür. Qurban Qurbanovun komandası 1-ci turda "Tottenhem"ə (0:3), 2-ci turda isə "Malmö"yə uduzub (1:2). 

Aktivində 4 xal olan "Ayaks" isə 8-ci pillədədir. Komanda 1-ci turda "Beşiktaş"ı darmadağın edib (4:0), 2-ci turda "Slaviya" ilə bərabərə qalıb (1:1). 

UEFA Avropa Liqası
Liqa mərhələsi

24 oktyabr
20.45 Qarabağ (Azərbaycan) - Ayaks (Niderland) 0:1
Qol: Kennet Teylor, 36.
Qırmızı vərəqə: Julio Romao, 15.
Qarabağ: 99. Mateuş Koxalski, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoveç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo.
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə (q), 97. Fabian Buntiç (q), 11. Emmanuel Addai, 13. Bəhlul Mustafazadə, 20. Riçard Almeyda, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 66. Patrik Andrade, 97. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Ayaks: 22. Remko Pasveer, 4. Jorrel Hato, 37. Josip Sutalo, 24. Daniele Ruqani, 2. Devine Renş, 8. Kennet Teylor, 8. Cordan Henderson (k), 28. Kian Fits-Cim, 11. Mika Qodts, 29. Kristian Rasmussen, 25. Vaut Veqorst.
Ehtiyat oyunçular: 12. Cey Qorter, 40. Diant Ramay, 3. Anton Qoei, 5. Ouen Veyndal, 9. Brayan Brobbi, 10. Çuba Akpom, 13. Ahmetcan Kaplan, 20. Bertrand Traore, 21. Branko van der Bomen, 31. Jorti Mokio, 33. Benjamin Tahiroviç, 49. Ceydo Banel.
Baş məşqçi: Françesko Farioli.
Baş hakim: Nikolas Uolş (Şotlandiya).
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ