RU
Avropa Liqası:
23:08
81

Avropa Liqası: "Qarabağ"ın qolu ofsayda görə ləğv olunub - YENİLƏNİB

"Qarabağ"ın Yunanıstanda "Olimpiakos"la UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda vurduğu qol ləğv edilib.

VAR sisteminin müdaxiləsindən sonra Abdullah Zubirin topu qapıdan keçirərkən ofsaydda olduğu məlum olub.

Nəticədə referi qolu hesaba almayıb.

23:05

Yunanıstanda "Olimpiakos" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda hesab açılıb.

5-ci dəqiqədə Abdullah Zubir "köhlən atlar"ı önə keçirib.

23:00

Yunanıstanda "Olimpiakos" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu başlayıb.

"Georgios Karaiskakis" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Matçı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edir.

 

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ