Bu gün Avropa Liqasında 1/4 finalın cavab oyunları keçiriləcək.
7News.az-ın məlumatına görə, baş tutacaq 4 qarşılaşmadan sonra yarımfinalçıların adı bəlli olacaq.
Günün ən maraqla gözlənilən oyunu Liverpulda keçiriləcək. Şəhərin eyniadlı komandası Dortmund “Borussiya”sını qəbul edəcək. İlk oyunda 1:1 hesablı bərabərliyin qeydə alınması cavab matçına marağı bir qədər də artırıb.
Digər oyunlarda “Sevilya” “Atletik”i, “Sparta” (Praqa) “Vilyareal”ı, “Şaxtyor” isə “Braqa”nı qəbul edəcək.
14 aprel
Avropa Liqası, 1/4 finalın cavab oyunları
23:05. "Liverpul" (İngiltərə) - "Borussiya" (Dortmund, Almniya)
Liverpul. "Enfild" stadionu
İlk oyun: 1:1
23:05. "Sevilya" (İspaniya) - "Atletik" (İspaniya)
Sevilya. "Ramon Sançes Pisxuan" stadionu
İlk oyun: 2:1
23:05. "Sparta" (Praqa) - "Vilyarreal" (İspaniya)
Praqa. "Letna" stadionu
İlk oyun: 1:2
23:05. "Şaxtyor" (Ukrayna) - "Braqa" (Portuqaliya)
Lvov. "Lvov Arena"
İlk oyun: 2:1








