RU
Avropa Liqasında 1/4 finalçılar müəyyənləşir
16:42
956

Avropa Liqasında 1/4 finalçılar müəyyənləşir

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək. Qarşılaşmaların hamısı eyni gündə oynanılacaq.

Azərbaycanlı futbolsevərlərin diqqəti Portuqaliyaya yönələcək. Türkiyənin yeganə təmsilçisi "Fənərbağça" səfərdə "Braqa"nın qonağı olacaq. 

İlk görüşdə rəqibinə 1:0 hesabı ilə qalib gələn "sarı-lacivərdlilər" bu üstünlüyünü qorumağa çalışacaq. Ev sahibi komandanın buna nə dərəcədə imkan verəcəyi maraqla gözlənilir.

Gecənin digər maraqlı oyunlarından biri Mançesterdə keçiriləcək. Premyer Liqa təmsilçiləri "Mançester Yunayted" ilk görüşdə 0:2 hesabı ilə məğlub olduğu "Liverpul"la münasibətlərinə aydınlıq gətirəcək.

Avropa Liqası, 1/8 finalın cavab oyunları

17 mart

22:00. "Bayer" (Leverkuzen, Almaniya) - "Vilyareal" (İspaniya)
İlk oyun - 0:2

22:00. "Latsio" (İtaliya) - "Sparta" (Çexiya)
İlk oyun - 1:1

22:00. "Valensiya" (İspaniya) - "Atletik" (Bilbao, İspaniya)
İlk oyun - 0:1

00:05. "Anderlext" (Belçika) - "Şaxtyor" (Donetsk, Ukrayna)
İlk oyun - 1:3

00:05. "Braqa" (Portuqaliya) - "Fənərbağça" (Türkiyə)
İlk oyu - 0:1

00:05. "Mançester Yunayted" (İngiltərə) - "Liverpul" (İngiltərə)
İlk oyun - 0:2

00:05. "Sevilya" (İspaniya) - "Bazel" (İsveçrə)
İlk oyun - 0:0

00:05. "Tottenhem" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya) 
İlk oyun - 0:3 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ