Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.
7News.az-ın məlumatına görə, baş tutacaq iki oyundan sonra finalçılar müəyyənləşəcək.
Evdə "Sevilya" ilə 2:2 bərabərə qalan Ukraynanın "Şaxtyor" klubu səfərdə rəqibini üstələməyə çalışacaq.
Yurgen Kloppun "Liverpul"u isə doğma meydanda "Vilyarreal"ı qəbul edəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 23:05-də başlayacaq.
5 may
Avropa Liqası, yarımfinalın cavab oyunları
23:05. "Sevilya" (İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
İlk oyun - 2:2
23:05. "Liverpul" (İngiltərə) - "Vilyarreal" (İspaniya)
İlk oyun - 0:1








