İqtisadiyyatın bu ilin qalan hissəsində zəif qalacağını gözlədiklərini ifadə edən Laqard, inflyasiyanın aşağı düşməsi, ev təsərrüfatlarının real gəlirlərinin bərpası və Avrozona ixracatına tələbin artması ilə iqtisadiyyatın önümüzdəki illərdə güclənməsi lazım olduğunu bildirib.
7NEWS.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (AMB) gözlənildiyi kimi faiz dərəcələrində dəyişiklik etməyib və bu dəfə 10 fasiləsiz faiz artımına fasilə verib. Bank növbəti dövrlərdə də faiz dərəcəsini bu səviyyədə saxlayacağına işarə edib. Avro Bölgəsində inflyasiyanın iki rəqəmli səviyyəyə çatması ilə 2022-ci ilin iyul ayında göstərici faiz dərəcələrini artırmağa başlayan bank, göstərici faiz dərəcələrini 4 faizlə tarixinin ən yüksək səviyyəsinə qaldırdı. İnflyasiyanın 4,3 faizə enməsi ilə Avropa Mərkəzi Bankı da dünyanın digər aparıcı bankları kimi faiz dərəcələrini dəyişməz saxlamaq qərarına gəlib.
7NEWS.az








