RU
Avropa Parlamenti bu gün Gürcüstan ilə viza rejiminə dair qərar verəcək
12:37
298

Avropa Parlamenti bu gün Gürcüstan ilə viza rejiminə dair qərar verəcək

Bu gün Avropa Parlamentinin Brüseldə keçiriləcək plenar iclasında Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğv edilməsinə dair səsvermə keçiriləcək.

7news.Az bu barədə "Novosti Qruziya”ya istinadən xəbər verir.  

Bu ərəfədə Avropa Parlamenti rəhbərliyinin nümayəndəsi Brüsellə gələn Gürcüstan parlament heyətini qurumun deputatlarının Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğv edilməsinə dəstək olacaqlarına dair əmin edib. 

"Biz əminik ki, Avropa Parlamenti viza rejiminin ləğv edilməsinə dair müsbət qərar qəbul edəcək və bunun əsasında ölkəmiz Avropaya inteqrasiyadan bəhrələnmiş olacaq”, - bunu Brüseldə jurnalistlərə Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze bildirib. 

Gürcüstan üçün viza rejiminin ləğv edilməsinə dair səsverməyə, eyni zamanda üçüncü dünya ölkələri üçün viza rejiminin dayandırılması mexnizmi ilə birgə baxılacaq. 

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ