Avropa Parlamentinin (AP) üzvləri Kosovo serbləri üçün Şengen bölgəsinə viza liberallaşdırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyiblər.
7NEWS.az xəbər verir ki, AP Baş Assambleyasında Serbiya pasportuna malik Kosovo vətəndaşları üçün Şengen bölgəsi üçün viza rejiminin liberallaşdırılması ilə bağlı səsvermə 406 lehinə, 97 əleyhinə və 94 bitərəf olmaqla qəbul edilib. Qərara əsasən, Kosovo serbləri Şengen bölgəsinə 90 günə qədər vizasız gedə biləcəklər.
7NEWS.az








