RU
Avropa Parlamenti Rusiyanın enerji daşıyıcılarına embarqo tətbiqinə dair qətnamə qəbul edib
20:30
130

Avropa Parlamenti Rusiyanın enerji daşıyıcılarına embarqo tətbiqinə dair qətnamə qəbul edib

Avropa Parlamenti Rusiyadan ixrac olunan neft və təbii qaza təcili embarqonun tətbiqini dəstəkləyib.

7NEWS.Az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin (AP) deputatı Gi Verhofştadt bildirib.

Onun sözlərinə görə, AP deputatları əlavə cəza tədbirlərinə, o cümlədən Rusiyadan neft, kömür, nüvə yanacağı və qaz ixracına dərhal tam embarqo qoyulması çağırışı ilə bağlı qətnaməni dəstəkləyiblər.

Bildirilib ki, 552 deputatadan 513-ü sənədin lehinə, 22-si isə əleyhinə səs verib, 19 deputat bitərəf qalıb.

Məlumata görə, parlamentin qərarı məcburi xarakterli deyil, zəmanət mahiyyətlidir. Onun icra olunması üçün Avropa Komissiyası da qərar çıxarmalıdır.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ