Avropa Parlamentinin (AP) komitələri ChatGPT kimi müxtəlif süni intellekt texnologiyalarına sərt qaydalar tətbiq edəcək yeni qanunun əhatə dairəsini müəyyən edib.
7NEWS.az xəbər verir ki, Strasburqda keçirilən AP Daxili Bazar və Vətəndaş Azadlıqları Komitələrinin iclasında Avropada süni intellektlə bağlı ilk qaydalar da daxil olmaqla qanunvericilik hazırlıqları müzakirə edilib. Komitə üzvləri süni intellekt qanunu ilə bağlı üzv dövlətlərlə keçiriləcək danışıqlarda AP-nin mövqeyini müəyyən edəcək danışıqlar mandatı layihəsini səs çoxluğu ilə qəbul ediblər.
7NEWS.az








