Avropa İttifaqı (Aİ) Komissiyasının tərkibində mikroplastik olan məhsulların qadağan edilməsi ilə bağlı qərarı bu gündən qüvvəyə minib.
7NEWS.az xəbər verir ki, qadağa diş pastasından tutmuş makiyaj, saç spreyi, yumşaldıcı və oyuncaqlara qədər bir çox məhsulu əhatə edir. Lakin keçid dövrü ilə əlaqədar bəzi məhsullar bir müddət daha qalacaq. Aİ Komissiyasının məlumatına görə, plastik çirklənmə təkcə çantalardan, birdəfəlik stəkanlardan və qablaşdırma materiallarından deyil, həm də demək olar ki, görünməyən çox kiçik hissəciklərdən baş verir.
7NEWS.az








