Avropa İttifaqının (Aİ) 13 üzv ölkədə apardığı araşdırmalara görə, qaradərililər ayrı-seçkiliyə ən çox Almaniya və Avstriyada məruz qalırlar.
7NEWS.az xəbər verir ki, Mərkəzi ofisi Avstriyanın paytaxtı Vyanada yerləşən Avropa İttifaqının Əsas Hüquqlar Agentliyi (FRA) "Avropa Birliyində qaradərili olmaq” adlı hesabat dərc edib. Hesabatda qeyd olunub ki, Aİ-nin 13 üzv ölkəsində yaşayan Afrika əsilli qaradərililər "ən çox Almaniya və Avstriyada ayrı-seçkiliyə məruz qalırlar".
7NEWS.az








