Avropa İttifaqı (Aİ) noyabrın 10-dan etibarən Şengen zonasına daxil olan üçüncü ölkə vətəndaşları üçün yeni proqram olan Elektron Giriş/Çıxış Sistemini (EES) istifadəyə verir. Yeni sistem sərhəd keçidlərində pasportlara əl ilə möhür vurulmasını aradan qaldıraraq daha təhlükəsiz və səmərəli nəzarət prosesini təmin etmək məqsədi daşıyır.
7NEWS.az xəbər verir ki, EES, AB üzvü olmayan və Şengen bölgəsinə qısa müddət ərzində səfər edən üçüncü ölkə vətəndaşlarının giriş, çıxış, girişdən imtina və qalma müddətlərinin elektron şəkildə monitorinqini təmin edəcək. Sistem 180 günlük müddət ərzində cəmi 90 gündən çox olmayan ziyarətlər üçün etibarlı olacaq. Bu yeni tətbiqlə Aİ sərhəd təhlükəsizliyini artırmaq, qeyri-qanuni immiqrasiyanın qarşısını almaq və hava limanlarında pasport növbələrini azaltmağı hədəfləyir.
7NEWS.az








