RU
Avropada şirkətlərin iflası artır
12:30
39

Avropada şirkətlərin iflası artır


7NEWS.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Eurostat) 2024-cü ilin ikinci rübü üçün şirkətin iflas məlumatlarını dərc edib. Məlumatlara görə, Aİ ölkələrində şirkət iflasları ikinci rübdə ilin birinci rübü ilə müqayisədə 3,1 faiz artıb. İkinci rübdə fəaliyyət sahələrinə görə iflaslarda ən çox artım yüzdə 3,8 ilə tikinti sektorunda, yüzdə 2,6 ilə maliyyə əməliyyatlarında, yüzdə 2,4 ilə ticarətdə və yüzdə 1,6 ilə sənayedə olub. Sözügedən dövrdə yeni biznes qeydiyyatları da əvvəlki rüblə müqayisədə 2,1 faiz azalıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ