7NEWS.az xəbər veriir ki, ötən gün 90,68 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 88,07 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti bu gün 09.23-ə bağlanış vaxtı ilə müqayisədə 0,35 faiz azalaraq 87,76 dollar olub. Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 83,5 dollara satılıb. Avropadan gələn zəif iqtisadi göstəricilər neft qiymətlərinin enməsini dəstəkləyib. Avropa Mərkəzi Bankının inflyasiya ilə mübarizə çərçivəsində atdığı addımların tələbata təsiri günü-gündən güclənərkən, Avrozonada özəl sektorun fəaliyyəti oktyabr ayında 2020-ci ilin noyabr ayından bəri ən aşağı səviyyəyə düşüb.
7NEWS.az








