Almaniya, Xorvatiya, Fransa, İtaliya, Serbiya... Bu ölkələrdə havalar həddən artıq soyuq, sazaqlı və şaxtalıdır. Rusiyada da havanın temperaturu qış üçün "normal"dır, yəni çox soyuqdur.
Amma avropalılardan fərqli olaraq ruslar şaxtalardan şikayətlənmirlər.
Tam əksinə.
7News.az European-a istinadən bildirir ki, dünən Rusiya ərazisində İsa Məsihin Vəftizi Günü Bayramı idi. Əsrlərdən bəri ruslar bu gün buz kimi soyuq sulu çaylara, dənizlərə girir, çimirlər.
Dünən də milyonlarla rus buzlu suda vəftiz edib.
İspaniyanın Valensiya bölgəsinə, Alikanteyə isə 25 sm qalınlıqda qar yağıb...
7News.az















































