RU
Avropanın ən nüfuzlu mərasiminin açılışından
12:36
1384

Avropanın ən nüfuzlu mərasiminin açılışından

Dünən Kann Film Festivalının açılışı baş tutub.

7News.Az-ın xarici KİV-ə istinadən məlumatına görə, beynəlxalq mərasimin qırmızı xalçası üzərində məşhurların əksəriyyətini görmək mümkün olub. 

Belə ki, Viktoriya Bekhem, Culianna Mur, Eva Lonqoriya, Castin Timberleyk, Cessika Çesteyn, Naomi Uotts, Anna Kendrik, Bella Hadid, Vudi Allen, Kristen Styuart, Cessin Ayzenberq, Bleyk Layvli və digərləri kamera qarşısına keçiblər

Festivalın açılışda V.Allenin çəkdiyi yeni film nümayiş olunub. Bu il münsiflər heyətində də maraqlı simalar var: amerikalı aktrisa Kirsten Danst, fransız ulduz Vanessa Paradi, kanadalı aktyor və prodüser Donald Sazerlend, danimarkalı aktyor Mads Mikkelsen, italyan aktrisa Valeriya Qolino, iranlı prodüser Katayun Şahabi, fransız rejissor Arno Depleşen və macar rejissor-ssenari müəllifi Laslo Nemeş.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ