RU
Avropanın ən yaxşı gənc futbolçusunun adı açıqlandı
08:54
586

Avropanın ən yaxşı gənc futbolçusunun adı açıqlandı

"Bavariya” klubunun yarımmüdafiəçisi, Portuqaliya yığmasının üzvü Renatu Sançeş Avropanın ən yaxşı gənc futbolçusuna təqdim edilən "Golden Boy” mükafatına layiq görülüb.

Bu barədə İtaliyanın "Tuttosport” qəzeti xəbər verib.

2003-cü ildə "Tuttosport” tərəfindən təsis edilmiş "Golden Boy” mükafatı hər il yaşı 21-dən çox olmayan ən yaxşı Avropa futbolçusuna təqdim edilir.

Avqustun 18-də 19 yaşı tamam olmuş R.Sançeş "Golden Boy” mükafatına layiq görülən ilk portuqaliyalı futbolçudur.

Qeyd edək ki, R.Sançeş Portuqaliya yığmasının heyətində "Avro-2016”-nın qalibi olub. Mayda "Benfika”dan "Bavariya”ya 35 milyon avroya keçən gənc futbolçu Münhen klubu ilə 5 illik müqavilə imzalayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ