7NEWS.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Eurostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın sentyabr ayı ÜFE məlumatlarını dərc edib. Məlumata görə, Aİ-də ÜFE sentyabr ayında əvvəlki ayla müqayisədə 0,6 faiz artıb, 2022-ci ilin sentyabr ayına görə isə 11,2 faiz azalıb. Avrozonada ÜFE sentyabr ayında aylıq bazda 0,5 faiz artıb, illik bazda isə 12,4 faiz azalıb. Bazar gözləntiləri Avrozonada ÜFE-nin aylıq 0,5 faiz artacağı və illik 12,5 faiz azalacağı idi. Beləliklə, Avrozonada ÜFE aylıq bazda gözləntilərə uyğun, illik bazda isə gözləntilərə yaxın olub.
7NEWS.az








