7NEWS.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Eurostat) mart ayı üçün Avropa İttifaqı (Aİ) və Avrozona üçün mövsümi düzəliş edilmiş tikinti istehsalı məlumatlarını dərc edib. Məlumata görə, Avrozonada tikinti istehsalı həm əvvəlki ayla, həm də keçən ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz artıb. Aİ-də tikinti istehsalı mart ayında əvvəlki ayla müqayisədə 0,1 faiz, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 0,7 faiz azalıb.
7NEWS.az








