RU
Avstraliya səmasında meteorit partladı: Partlayış anı kameralara belə düşdü - VİDEO
11:47
36

Avstraliya səmasında meteorit partladı: Partlayış anı kameralara belə düşdü - VİDEO

Avstraliyanın Kvinslend əyalətindəki Keyns hava limanının kameraları gecə səmasını parlaq yaşıl işıqla işıqlandıran meteorit partlamasını lentə alıb.

7NEWS.az-ın məlumatına görə, partlayış şənbə günü saat 21:22-də baş verib və bir sıra yaşayış məntəqələrindən müşahidə edilib.

Kernsdən təxminən 500 km qərbdə yerləşən kiçik Kroydon şəhərinin sakinləri sosial şəbəkədə güclü partlayış səsini də eşitdiklərini bildiriblər.

Avstraliya Milli Universitetinin astrofiziki doktor Bred Taker bildirib ki, meteoritin ölçüsü 0,5 ilə 1 metr arasındadır (ölçüsü kiçik hesab olunur). 

Xatırladaq ki, bu il fevralın 13-nə keçən gecə bir neçə saat əvvəl aşkar edilmiş meteorit La-Manş boğazı istiqamətində partlayıb və onun hissələri La-Manş boğazına düşüb. Meteorit kiçik olsa da, əhalinin sıx olduğu əraziyə düşsə, binalara və ya insanlara zərər verə bilərdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ