RU
Avstraliyada 30 min il yaşı olan ən qədim əkizlər üzü şərqə dəfn edilib
12:10
260

Avstraliyada 30 min il yaşı olan ən qədim əkizlər üzü şərqə dəfn edilib

Avstriyada 30 min il yaşı olduğu təxmin edilən iki körpənin qalıqlarını tapıblar.

"Nature” xəbər verir ki, alimlərə görə, tapılan skeletlər əkizlərin varlığının ən qədim dəlilidir.

 

Mütəxəssislər qalıqları analiz edərək, hər iki oğlanın ümumi genomu olduğunu aşkar ediblər. Bununla yanaşı, məlum olub ki, uşağın biri altı-yeddi həftə, digəri isə 13-14 həftəlik olanda ölüblər. Onların cəsədləri həmin ərazidə yaşayan qəbilələrin ayinlərinə əsasən dəfn edilib.

Oğlanlara qırmızı oxra səpib üzlərini şərqə çeviriblər.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ