7NEWS.az xəbər verir ki, Avqustun 31-də Avstraliyanın Kvinslend ştatının Brisben şəhərindəki parkda baş verən hadisə ölkədə gündəm mövzusuna çevrilib. Hadisə şahidlərinin sözlərinə görə, əcnəbi kişi piknik edən ailəyə yaxınlaşaraq, əlindəki kolbadakı isti kofeni 9 aylıq körpənin üzərinə töküb və sonra hadisə yerindən qaçıb. Kvinslend polisi 33 yaşlı təcavüzkar haqqında həbs qərarı çıxararkən, körpənin üzündə və bədənində "ciddi yanıqlar" yaradan 33 yaşlı təcavüzkarın 6 gün sonra ölkədən qaçdığının müəyyən edildiyini açıqladı.
7NEWS.az








