Avstraliyanın şimal-şərqində yerləşən Kvinslend ştatında baş verən güclü fırtına səbəbindən 77 mindən çox sakin işıqsız qalıb.
Bu barədə ABC telekanalı yerli elektrik şəbəkəsi şirkətinə istinadən məlumat yayıb.
Şirkətdən verilən məlumata görə, fırtına səbəbindən işıqsız qalan 19 min abonentə artıq elektrik enerjisi verilib. Bildirib ki, ştatda 525 mindən çox ildırım çaxması qeydə alınıb.
Telekanal qeyd edir ki, küləyin sürəti bəzi yerlərdə 28 m/s-ə çatıb. Diametri 10 sm-ə çatan dolu avtomobillərə, binaların damlarına və günəş panellərinə ciddi ziyan vurub, 600 mindən çox elektrik xətti kəsilib.
Avstraliya Meteorologiya Bürosu isə ölkənin cənub-şərqində yerləşən Yeni Cənubi Uels ştatında həddindən artıq istilər barədə xəbərdarlıq edib. Orada temperatur 40 dərəcəni keçə bilər.








