İlan nəcisi ilə keçdiyi düşünülən parazit ilk dəfə məməlilərin beynində aşkar edilib.
7NEWS.az xəbər verir ki, Avstraliyada 64 yaşlı qadının yaşadığı yaddaş itkisinin səbəbini anlamaq üçün MRT müayinəsindən sonra edilən əməliyyatda xəstənin beyninin ön hissəsindən səkkiz santimetrlik canlı qurd çıxarılıb. Tədqiqatçılar kenquru və xalça pitonlarında adi parazit olan Ophidascaris Robertsi adlı dəyirmi qurdun insanlarda ilk dəfə rast gəlindiyini bildirirlər.
7NEWS.az








