Avstraliyada neapolitan mastifi cinsindən olan it 21 küçük balalayıb.
"Lad Bible” xəbər verir ki, ilk üç küçük evdə doğulub. Bundan sonra sahibi mastifi baytarın yanına aparıb.
Orada itin qarnında 10-dan çox bala olduğu məlum olub.
Qeysəriyyə əməliyyatından sonra dünyaya daha 18 küçük gəlib.
Təəsüf ki, onlardan üçü ölüb.
7News.Az








