Avstraliyanın iki ən böyük şəhəri Sidney və Melburnda Fələstinə dəstək üçün toplaşan minlərlə nümayişçi İsrailin hücumlarına "Rifaha toxunmayın" şüarı ilə etiraz ediblər.
7NEWS.az xəbər verir ki, Avstraliyada minlərlə insan Sidney və Melburn şəhərlərində İsrailin Rəfaha qurudan hücumuna qarşı etiraz yürüşü keçirib. Fələstin bayraqları ilə İsrailin hücumlarına etiraz edən nümayişçilər Rəfaha qurudan hücumu dayandırmağa çağırıblar. Melburndakı nümayişçilərin daşıdıqları pankartlarda "Sionizm irqçilikdir, irqçilik faşizmdir" və "Aparteid rejimi İsraili boykot et" kimi ifadələr yer alıb.
7NEWS.az








