RU
Avstraliyada yanğında 100 min hektar ərazi yanıb
16:52
1567

Avstraliyada yanğında 100 min hektar ərazi yanıb


7NEWS.az xəbər verir ki, Avstraliyanın Şimal Ərazisi əyalətindəki Alis Sprinqs şəhərinin qərbində 5 fərqli nöqtədə baş verən yanğınlar genişlənir. Səlahiyyətlilərin verdiyi açıqlamalara görə, indiyədək yanğınlarda 100 min hektar ərazi zərər görüb. Narweitooma, Glen Helen və Amburladakı mal-qara fermalarının da alovla mübarizə apardığı bildirilib. Şimal Ərazisi Yanğın və Xilasetmə Xidməti verdiyi açıqlamada cənubdakı meşə yanğınları mövsümünün aprelin sonuna qədər uzadıldığını və Mərkəzi Avstraliyada növbəti həftələrdə yanğın riskinin artdığını bildirib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ