RU
Avstraliyanın baş naziri Trampın kefini pozdu
13:05
348

Avstraliyanın baş naziri Trampın kefini pozdu

ABŞ prezidenti Donald Tramp Avstraliyanın baş naziri Malkolm Ternbull ilə telefon zəngini xarici liderlər ilə söhbətlər arasında ən pisi olduğunu bildirib. 

Bu barədə mənbələrə istinadən "The Washington Post” məlumat yayıb. 

Avstraliyalı və amerikalı liderlərin telefon danışığının bir saat çəkəcəyi planlaşdırılırdı, amma Tramp danışığın 25-ci dəqiqəsində Ternbull ilə söhbəti kəsib. Bununla yanaşı o, Ternbulla bu zəngin ən pis olduğunu bildirib. 

Qəzetin məlumatına görə, Ternbull Avstraliyadan olan qaçqınların qəbul edilməsinə dair öhdəçiliyi Trampa xatırladıb. Hələ sabiq prezident Barak Obamanın prezident olduğu dövrdə ABŞ-ın Avstraliyada olan qaçqınları müvəqqəti yerləşdirildiyi mərkəzdən bir neçə min qaçqını qəbul etməyə dair saziş imzalanıb. 

Daha sonra amerikalı prezident öz narazıçılığını "Tvitter”də bildirib. 

"Buna inana bilirsiniz? Obama administrasiyası Avstraliyadan olan minlərlə qanunsuz mühaciri qəbul etməyə razılaşıb. Niyə? Mən bu lənətə qalmış sazişi öyrənəcəyəm”, - Tramp yazıb. 

ABŞ prezidenti ilə danışığın yekununa dair Ternbull əlavəsinin olmadığını bildirib.  

"Bu söhbətlər səmimi, açıq olur. Əgər bu barədə məlumat görmüsünüzsə, mənim əlavə etməyə heç nəyim yoxdur”, - avstraliyalı baş nazir mətbuat konfransında deyib. /oxu.az

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ