Rumıniyanın xarici işlər naziri Avstriya və Litvadan olan həmkarları ilə iyun ayında Cənubi Qafqaza səfərin yekunları ilə bağlı hesabatı Aİ Xarici İşlər Şurasına təqdim edib.
7NEWS.Az-ın xəbərinə görə, bu barədə Rumıniyanın XİN başçısı Boqdan Auresku "Twitter"də bildirib.
"Cənubi Qafqaza son səfərin əsas nəticələri ilə bağlı məlumatlandırma. Bu, Aİ-nin regionda yenilənmiş iştirakının başlanğıcı olmalıdır. Biz bütün mövcud və ya yeni alətlər barədə düşünməliyik, məsələn, Aİ ilə əməkdaşlığın dərinləşdirilməsi, etimadın artırılması tədbirlərini təşviqi kimi", - deyə rumıniyalı nazir qeyd edib.
7NEWS.Az








