RU
Avtobus çaya aşdı — 9 ölü
17:38
700

Avtobus çaya aşdı — 9 ölü

Rumıniyanın şimal-şərqində meşə işçilərini daşıyan avtobus çaya aşıb.
7news.Az xəbər verir ki, Bistritsa çayında baş verən faciə zamanı 9 nəfər həlak olub.

"Həkimlərin səyinə baxmayaraq, 7 nəfər dünyasını dəyişib. Digər iki meşə işçisinin meyiti çayın sularında tapılıb. Həlak olanlar arasında ən cavanının 17 yaşı var”, - deyə ərazinin yerli hökumət orqanlarının məlumatında bildirilir.

Qeyd edilir ki, insident nəticəsində bir nəfər sağ qalıb və o, yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

İlkin versiyaya görə, qəzaya səbəb mikroavtobusun təkərinin partlaması olub.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ