Boliviyada ağır yol qəza hadisəsi baş verib.
Bu barədə Koçabamba polisi departamentinin rəhbəri Ronald Sançes məlumat yayıb.
İlkin məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində sərnişin avtobusu 150 metr hündürlükdən dərəyə aşıb. Hadisə nəticəsində azı 8 nəfər ölüb, daha 31 nəfər isə yaralanıb.
Qəzaya avtobusun mexaniki nasazlığının səbəb olduğu bildirilir./qafqazinfo
7news.Az








