RU
Avtobus qəzaya belə düşdü
15:55
463

Avtobus qəzaya belə düşdü

Avtobusun şüşəsini sındırıb yerə düşən sürücü bu qəzadan sağ çıxdı.

İzləyənləri dəhşətə gətirən bu görüntülər Çinin Çonkinq şəhərində lentə alınıb. Nəzarətdən çıxan avtobusun sürücüsü ölümlə üzləşsə də, möcüzə nəticəsində həyatda qalıb.

Avtomobillərdən birinin video-registratoruna düşən kadrlarda tarazlığını itirən nəqliyyat vasitəsinin aşdığı öz əksini tapır. Bu vaxt sürücü avtobusun ön şüşəsini sındıraraq yerə düşür. Çarəsiz vəziyyətdə qalan çinli təhlükəsi bununla bitmir. Bu dəfə avtobus yerdə hərəkətsiz qalan sürücünün ətrafında sürüşərək fırlanmağa başlayır. Təsadüf nəticəsində çinli sürüşən avtomobilin altında qalmayıb.

Çin mediasının məlumatına görə, dəhşətli hadisədə avtobusda olan dörd sərnişin yüngül xəsarət alıb.

Qəzanın səbəbinə gəlincə, bunun, yolun sürüşkən olması səbəbindən baş verdiyi açıqlanıb./atv

7news.az

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ