7News.az xəbər verir ki, məsələ ilə bağlı Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova bildirib ki, hadisə avtobus hərəkətdə olarkən yox, dayanacaqda olarkən baş verib:
"202 saylı marşrut xətti üzrə xidmətdə olan avtobus hərəkətdə olan zaman deyil, dayanacaqda dayandığı zaman 11 yaşlı uşaq avtobusun salonuna daxil olarkən ayağı büdrəyərək yıxılıb və xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım maşınını sürücü şəxsən özü çağırıb"./milli.az
7News.az








