Hadisə 130 saylı marşrut avtobusunda baş verib.
7news.Az-ın məlumatına görə, Xuraman Ələsgərova adlı vətəndaş Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə şikayət edərək bildirib ki, əl çantasından pul kisəsi oğurlanıb. Pul kisəsində 190 manat pul, plastik kartlar və şəxsiyyət vəsiqəsi olub. Qadın Qaradağ rayon sakini olduğundan yaşadığı ərazi üzrə şikayət etsə də, hadisə Yasamal rayonu ərazisində baş verdiyindən toplanmış materiallar araşdırılması üçün aidiyyatı üzrə göndərilib.
Faktla əlaqədar Yasamal RPİ-də cinayət məcəlləsinin 177 (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.
7news.Az








