Türkiyənin Adana şəhərində bir bələdiyyə avtobusunda cinsi istismara məruz qalan qadın adamı mobil telefonuna çəkib.
Digər sərnişinlərin köməyi ilə yaxalanan manyak polisə təslim edilib.
Cinsi istismara məruz qaldığını iddia edən qadın şübhəlinin görüntüsünü çəkərək "bütün Türkiyə səni görsün. Sənin kimilərə görə küçəyə çıxa bilmirik. Uşaqlarımızı parka çıxara bilmirik” deyib.
Polisə ifadə verən şübhəli "Bir səhv etdim. Bir də olmaz. Yaşım çox gəncdir, məni buraxın” sözlərini deyib.
Şübhəli saxlanılaraq polis mərkəzinə aparılıb./metbuat
7News.Az








